...

BÖHRAN QRUPU QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR TÖISİYYƏLƏR HAZIRLAYIR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Avqust 2005 12:27 (UTC +04:00)

Qurumun vitse-prezidenti Alen Deletroz sentyabrın 8-9-da Bakıya gələcək.

Beynəlxalq Böhran Qrupu (BBQ) Dağlıq Qarabağ münaqişəsinə dair iki hesabat hazırlayaraq sentyabr ayında yayacaq. Azərbaycan və Ermənistandakı vəziyyəti əks etdirən bu hesabatlara bir sıra tövsiyyələr də daxildir.

Bunu "Azadlıq" radiosuna BBQ-nin Qafqaz üzrə layihə direktoru Sabin Freyzer bildirib: "Əvvəla, biz regiona, o cümlədən, digər ölkələrə bu münaqişə, onun nəticələri barədə məlumat vermək istəyirik. Digər tərəfdən, tövsiyyələr vasitəsilə münaqişənin mümkün həlli üçün öz təkliflərimizi irəli sürürük".

Xanım Freyzerin sözlərinə görə, BBQ-nin vitse-prezidenti Alen Deletroz sentyabrın 8-9-da Bakıya gələcək: "O, Azərbaycan hökumətinə qurumun hazırladığı hesabatı və 20-dək tövsiyyəni təqdim edəcək".

BBQ dünyada mövcud və potensial münaqişə ocaqlarını öyrənir və hər ay ayrı-ayrı konfliktlərin həlli barədə öz proqnozlarını verir.

Xəbər lenti

Xəbər lenti