...

RENE VAN DER LİNDEN: DEMOKRATİK PROSESLƏR VƏ QARABAĞ MÜNAQİŞƏSİ ARASINDA VASİTƏLİ ƏLAQƏ MÖVCUDDUR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Avqust 2005 11:41 (UTC +04:00)

(ARKA) - Demokratik proseslər və Qarabağ münaqişəsi arasında vasitəli əlaqə mövcuddur. Trend in məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının sədri Rene van der Linden Yerevanda keçirilmiş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əgər münaqişə tərəfləri insan hüquqlarına hörmət edən və qanunun aliliyini təmin edən demokratik dövlət olacaqsa, bu, qəti qərara gəlmək üçün daha əlverişli şərait yaradacaq. "Beləliklə, birbaşa əlaqə yoxdur, demokratikləşmə prosesinə isə müstəqil proses kimi baxılır, lakin qonşularla barışıq əldə etmək də lazımdır", - deyə o qeyd edib.

AŞ PA sədri AŞ-nin ATƏT-in Minsk qrupunun mandatını dəyişməsinə qarşı çıxış edib. Onun sözlərinə görə, bu, iki dövlət tərəfindən həll olunmalı incə məsələdir. Rene van der Linden nəzərə çatdırıb ki, barışıq prosesində AŞ-nin iştirakı faydalı ola bilər.

Bununla əlaqədar o, hər iki dövlətin deputatları arasında görüşləri fəallaşdırmağa söz verib. "Barışıq şəxsi görüşlərdən və ümumi maraqların müzakirəsindən başlanır", - deyə o əlavə edib. Sədr, həmçinin, parlament diplomatiyasının gücləndirilməsi ilə bağlı öz fikrini bildirib.

"Bir çox hallarda hökumət əlaqələrindən fərqli olaraq parlament əlaqələrindən başlamaq daha asandır. Lakin parlament diplomatiyası hökumət səviyyəsində aparılan diplomatiyaya qarışmamalıdır.

Biz Çeçenistanda olduğu kimi, danışıqlar prosesində müstəqil rol oynamaq niyyətindəyik", - deyə Rene van der Linden bildirib.

Xəbər lenti

Xəbər lenti