...

RENE VAN DER LİNDEN: KEÇMİŞLƏ YAŞAMAQ OLMAZ, GƏLƏCƏYƏ BAXMAQ LAZIMDIR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Avqust 2005 13:57 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının sədrinin mövqeyi ondan ibarətdir ki, Azərbaycan və Ermənistan Dağlıq-Qarabağ problemini yalnız sülh yolu ilə həll etməlidir.

Bu barədə Trend ə "Ayna" - "Zerkalo" qəzetlərinin redaktoru Elçin Şıxlinski AŞPA-nın sədri Rene Van der Lindenlə görüşünün yekunlarını şərh edəkən bildirib.

R. Lindenin fikrincə, "tərəflərə yalnız keçmişlə yaşamamalı, gələcəyə baxmalıdırlar".

Rene Van der Linden buna misal kimi qeyd edib ki, onun özü Belçika ilə Almanyianın sərhəddindəki şəhərcikdə anadan olub.

"Əgər ötən yüzilliyin 50-ci illərdində bu ölkələrin rəhbərləri iki ölkənin sərhədyanı regionlarının sıx əməkdaşlığı, iqtisadi inkişafı barədə razılığa gələ bilməsə idilər, həmin regionlar bu dərəcədə iqtisadi inkişafa nail ola bilməzdilər", -deyə AŞPA sədri bildirib.

Eyni zamanda, E.Şıxlinski qeyd edib ki, görüş zamanı respublikadakı KİV sazhəsindəki, seçkiqabağı vəziyyətə, eləcə də Dağlıq Qarabağ probleminin nizamlanmasına dair məsələlərə də toxunulub.

Xəbər lenti

Xəbər lenti