...

MOSKVADA AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XİN BAŞÇILARININ GÖRÜŞÜ BAŞLAYIB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2005 12:11 (UTC +04:00)

Bu dəqiqələrdə Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü davam edir. Azərbaycanın Moskvadakı səfirinin birinci katibi Tamella Əhmədovanın Trend ə bildirdiyi kimi, ATƏT-in Minsk qrupunun məsləhətləşmələri çərçivəsində keçirilən görüş Bakı vaxtı ilə saat 11:00-da başlayıb və reqlamentə əsasən saat 14:00-a qədər davam edəcək.

T.Əhmədova onu da qeyd edib ki, avqustun 23-də hər iki nazir "Prezident" otelində jurnalistlərə müsahibə verərək, "mətbuatın narazı qalmayacağını" bildiriblər.

Xəbər lenti

Xəbər lenti