...

BAKI, YEREVAN VƏ MOSKVA ERMƏNİSTAN-AZƏRBAYCAN SAMMİTİNİN UĞURLU OLACAĞINA İNANIRLAR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2005 17:20 (UTC +04:00)

(İTAR-TASS) - Moskva, Bakı və Yerevan erməni Azərbaycan sammitinin uğurlu olacağına ümid edirlər. İki Qafqaz respublikasının xarici siyasət idarələrinin rəhbərləri bu gün Rusiyanın iştirakı ilə Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin danışıqları ərəfəsində məsləhətləşmələr aparıblar. İlham Əliyev və Robert Köçəryan avqustun 27-də Kazanda MDB ölkələrinin iclası zamanı görüşməlidirlər.

Rusiya XİN-nin rəhbəri Sergey Lavrov "Dağlıq Qarabağ probleminin nizamlanmasında irəliləyişin əldə olunması üçün hər cür şərait yaratmaq" barədə Moskvanın niyyətini açıqlayıb.

O qeyd edib ki, "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərlik etdikləri danışıqlar prosesini şərh edə bilməz ". "Şübhəsiz ki, onların ideyaları var ", - deyə rusiyalı nazir bildirib.

"Nizamlanma elə olmalıdır ki, bütün cəlb olunan tərəflər özlərini daha çox təhlükəsiz hiss etməli, tarixən bu regionda yaranmış qüvvələr nisbəti isə pozulmamalıdır ", - deyə Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib. Onun sözlərinə görə, "əgər qarşılıqlı əlverişli razılaşma əldə olunarsa, biz ona zəmanət verə bilərik ".

Azərbaycan XİN-nin rəhbəri Elmar Məmmədyarov Moskvadakı görüşləri müsbət qiymətləndirib. Bununla yanaşı, onun sözlərinə görə, "Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişlərdən danışmaq hələ tezdir ".

O qeyd edib ki, nizamlanma üzərində "fəal işləmək zəruridir ". "İndi işıq ucu görünür və bu problem üzrə ümumi məxrəcə gəlmək mümkündür ", - deyə azərbaycanlı nazir qeyd edib.

"Bizim ümumi məxrəci tapmağa ümidimiz var, - deyə Ermənistanınn xarici işlər naziri hesab edir. - Bu, Cənubi Qafqaz regionuna sülh və sabitlik gətirərdi ". Moskvadakı söhbətlərin əsas teması "Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 27-də Kazanda görüşünə hazırlıqdır ". "Biz qarşıdakı dınaşıqların detalları barədə razılığa gəldik ", - deyə o bildirib.

Onun sözlərinə görə, "Dağlıq Qarabağın öz müqəddarıtını müəyyən etməsi prioritetdir ". "Digər məsələlər - münaqişənin nəticələrinin aradan qaldırılıması, ərazi problemləri, qaçqınların qayıtması - bu prioritetdən irəli gəlir ", - deyə Oskanyan bildirib.

Xəbər lenti

Xəbər lenti