...

KAZANDA ERMƏNİSTAN VƏ AZƏRBAYCAN PREZİDENTLƏRİNİN GÖRÜŞÜ BAŞLAYIB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Avqust 2005 13:20 (UTC +04:00)

(Mediamaks) - Kazanda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryanın görüşü başlayıb.

Mediamaksın Kazana ezam olunmuş xüsusi müxbirinin xəbər verdiyi kimi, görüşdə ATƏT-in rusiyalı, fransalı və amerikalı həmsədrləri Yuri Merzlyakov, Bernar Fasye və Stiven Mənn, həmçinin Ermənistan və Azərbaycanın xarici siyasət idarələrinin rəhbərləri də iştirak edirlər.

Lakin Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistanın dövlət başçılarına qoşulması gözlənilmir.

Xəbər lenti

Xəbər lenti