...

ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ CƏBHƏ XƏTTİNDƏ ATƏŞKƏSİ POZUB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Avqust 2005 14:44 (UTC +04:00)

Avqustun 29-da Ermənistan Silahlı Qüvvələri cəbhə xətitində atəşkəsi yenidən pozub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, saat 17.15-dən 17.20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun işğal olunmuş Aşağı Əskipara kəndinin 0,7 km şimalında və 0,4 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atəşə tutublar.

Elə həmin gün saat 22.40-dan 22.50-dək Qazax rayonunun Məzəmli kəndinin 0,2 km. cənubunda yerləşən mövqelərindən Məzəmli kəndi, 23.40-dan 23.50-dək isə Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin 1,2 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri avtomatlardan və pulemyotlardan atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti