...

QUBADLININ İŞĞALINDAN 12 İL ÖTDÜ

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Avqust 2005 19:35 (UTC +04:00)

Avqustun 31-də Qubadlı rayonun ermənilər tərəfindən işğalından 12 il ötdü. Trend in məlumatına görə, rayonun işğalının ildönümü Şəhidlər Xiyabanında qeyd olunub. Qarabağ Azadlıq Təşkilatının üzvləri, qaçqın və məcburi köçkünlər, şəhid ailələri, müharibə veteranları, həmçinin Qubadlı sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər. Anma mərasimində şəhidlərin ruhuna dualar oxunub, onların məzarları önünə gül-çiçək qoyulub.

Qeyd edək ki, Qubadlı rayonu 1993-cı il avqustun 31-də erməni işğalçılarının tam nəzarətinə keçib. 94 kəndi olan Qubadlı rayonunun ərazisi 802 kvadrat kilometr, əhalisinin sayı 29 min 500 nəfər olub. Erməni işğalçılarının təzavüzü zamanı rayon 238 nəfər şəhid verib.

Qubadlı sakinlərindən ərazi bütövlüyümüz uğrunda mübarizəsinə görə 8 nəfər döyüşçüyə Milli Qəhrəman fəxri adı verilib. Məcburi köçkün həyatı yaşayan rayon sakinləri hazırda Azərbaycanın 38 müxtəlif rayonunda müvəqqəti məskunlaşıblar.

Xəbər lenti

Xəbər lenti