...

VASİTƏÇİLƏR ATƏT-İN MİNSK QRUPUNUN BÜTÜN ÜZVLƏRİNİ DANIŞIQLAR PROSESİNDƏKİ İRƏLİLƏYİŞLƏR BARƏDƏ MƏLUMATLANDIRACAQ

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Sentyabr 2005 14:18 (UTC +04:00)

(Mediamaks) - ATƏT-in Minsk qrupu həmsədrləri yaxın zamanlarda Minsk qrupunun bütün üzvlərinə Dağlıq Qarabağ probleminin nizamlanması üzrə danışıqlar prosesindəki irəliləyişlər barədə məlumat vermək niyyətindədir. Bu barədə ABŞ-ın ATƏT-dəki səfiri Culi Finli (Julie Finley) ATƏT-in Daimi Şurasının iclasında çıxış edərkən bildirib.

O xatırladıb ki, bu yaxınlarda ABŞ-ın dövlət katibi Ermənistan və Azərbaycan prezidentləri ilə telefon danışıqları apararaq, onları problemin həlli üçün lazım olan kompromissə gəlməyə çağırıb.

Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, Portuqaliya, Niderland, İsveçrə, Finlandiya, Türkiyə, Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupuna üzv olan dövlətlərdir.

Xəbər lenti

Xəbər lenti