...

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ ATƏT-İN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRMƏSİ XƏBƏRİNİ TƏKZİB EDİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2005 17:53 (UTC +04:00)

Sentyabrın 8-də ATƏT-in missiyası Dağlıq Qarabağda planlaşdırılmış növbəti monitorinq keçirib. Trend bu məlumatı Ermənistanın "Mediamaks" agentliyinə istinadən verir.

Monitorinq Dağlıq Qarabağ və Azərbaycanın silahlı qüvvələrinin təmas xəttində (Ağdərə ərazisində) keçirilib.

Təmas xəttindəki vəziyyəti ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi müşahidə edib. Monitorinq keçirildiyi vaxt atəşkəs pozulmayıb.

Agentliyin yaydığı məlumata görə, Azərbaycan tərəfi monitorinq qrupunun üzvlərini ön xəttə buraxmayıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə cəbhə xəttində hər hansı monitorinqin keçirilməsi təkzib olunub. Bildirilib ki, sözügedən monitorinq barədə Müdafiə Nazirliyində məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti