...

BÖHRANLARIN ARADAN QALDIRILMASI ÜZRƏ BEYNƏLXALQ QRUP SENTYABRIN 14-DƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR MƏRUZƏNİ AÇIQLAYACAQ

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Sentyabr 2005 18:11 (UTC +04:00)

Böhranların aradan qaldırılması üzrə beynəlxalq qrup (ICG) sentyabrın 14-də Dağlıq Qarabağ münaqişəsinə dair məruzəni açıqlayacaq. Trend bildirir ki, sentyabrın 9-da Bakıda keçirilən mətbuat konfransında ICG Qafqaz layihəsinin direktoru Səbinə Freyzer bu barədə elan edib.

O, qeyd edib ki, məruzədə Qarabağın Azərbaycan və erməni icmasının həyat şəraitinə dair hesabat, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə təşkilatın mövqeyi təqdim ediləcək.

S. Freyzerin sözlərinə görə, danışıqlar prosesindəki irəliləyişə dəlalət edən ilkin əlamətlərə baxmayaraq müdafiə xərclərinin artımı və atəşkəs rejiminin tez-tez pozulması halları "müharibənin sülh yolu ilə nizama salınması üçün buraxılan vaxtın bitdiyinə uğursuz nişanədir".

"Qarşılıqlı nifrətin təbliği yolunda sipər qoymaq, həmçinin Azərbaycan və Ermənistanın sıravi vətəndaşları arasında dialoqun inkişafı üçün şərait yaratmaq lazımdır" deyə ICG nümayəndəsi qeyd edib və bildirib ki, ötən yüzilliyin 90-cı illərinin əvvəllərindən başlamış qanlı döyüşlər nəticəsində 18 min 500 nəfər həlak olub, 1 milyondan çox insan isə öz doğma evini tərk etməyə məcbur edilib.

Eyni zamanda S. Freyzer bəyan edib ki, münaqişə tərəflərindən heç birində hazırda ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində iki ölkənin XİN başçıları səviyyəsində müzakirə edilən münaqişənin nizama salınması variantlarının qəbul edilməsinə hazırlıq özünü büruzə vermir.

"Münaqişə nəticəsində zərər çəkmiş insanların böyük əksəriyyəti danışıqlar prosesinin təfsilatını bilmir"-deyə S. Freyzer qeyd edib və bildirib ki, nə qədər ki, Azərbaycan və Ermənistan liderləri öz ölkələrinin ictimaiyyətini "danışıqlar prosesinin əsasında dayanan ideyaların doğruluğu"na fəal əmin etməyə başlamayıb, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması mümkün deyil.

Xəbər lenti

Xəbər lenti