...

AZƏRBAYCAN ERMƏNİSTANIN İŞĞAL ETDİYİ ƏRAZİLƏRDƏ EKOLOJİ PROBLEMLƏRLƏ BAĞLI BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT EDƏCƏK

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2005 17:07 (UTC +04:00)

Azərbaycan XİN Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaranmış ekoloji problemlərlə əlaqədar beynəlxalq təşkilatlara müraciət etməyə hazırlaşır. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Trend ə məlumat verib.

Nazirlik artıq Ermənistanın Azərbaycanla həmsərhəd olan rayonlarında ekoloji vəziyyətin təhlilinə başlayıb və su mənbələrinin çtrklənməsi, meşələrdə və çöllərdə gəmiricilərin yayılması barədə çoxlu faktlar toplayıb.
Onun sözlərinə görə, Azərbaycanın nəzarətsiz qalmış işğal altında olan ərazilərində artıq uzun illərdən bəridir ki, bu ərazilərin ekoloji müdafiəsi üçün heç bir tədbirlər görülmür.

Diplomatın sözlərinə görə, artıq belə faktların mövcudluğunu İqtisadi İnkişaf Nazirloiy və Ekoligiya və təbii ehtiyatlar Nazirliyi ilə birgə keçirilən beynəlxalq monitorinq də təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti