(ARKA) - "Əgər Azərbaycan "işğal olunmuş" ərazilərlə bağlı BMT-də məsələ qaldırsa, Ermənistan Qarabağ münaqişəsinin nizamlanması prosesi üzrə danışıqlardan çıxacaq və Bakı danışıqları bilavasitə Xankəndi ilə davam etdirməyə məcbur olacaq".
Bu barədə Ermənistanın XİN-nin mətbuat katibi Hamlet Qasparyanın "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"ə dair məsələnin BMT-nin Baş Assambleyasının 60-cı sessiyasının gündəliyinə daxil edilməsi ilə bağlı bəyanatında bildirilir.
H.Qasparyanın sözlərinə görə, BMT-nin reqlamentinə əsasən, Baş Assambleyanın 59-cu sessiyasında müzakirə olunmamış məsələlər də 60-cı sessiyanın gündəliyimnə daxil edilə bilər. "Lakin Qarabağ məsələsinin sessiyada müzakirə edilməsi münaqişə üzrə tərəflərin əldə etdiyi razılaşmalara zidd olduğundan, Azərbaycan bu yola gedə bilməz", - deyə bəyanatda bildirilir.