...

ERMƏNİSTAN MÜXALİFƏTİNİN NÜMAYƏNDƏSİ NİZAMLANMA PROSESİNDƏ "MÜSBƏT İRƏLİLƏYİŞ" BARƏDƏ BƏYAN EDİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2005 17:02 (UTC +04:00)

(Mediamaks) - "AŞ PA-nın Qarabağ problemi üzrə müvəqqəti komissiyasının iclasında səsləndirilmiş ərazi bütövlüyü və xalqın öz müqəddəratını təyin etmə prinsiplərinin uyğunlaşdırılması modeli "münaqişənin nizamlanması prosesində müsbət irəliləyişdir". Bu barədə "Ədalət" müxalifət bloku fraksiyasının nümayəndəsi Şavarş Köçəryan bu gün İrəvandə bildirib.

İrəvanda keçirilən brifinqdə çıxış edərək, o bəyan edib ki, komissiyanın sentyabrın 12-də Parisdə keçirilmiş iclasında ATƏT-in Minsk qrupu həmsədrləri ötəri olaraq qeyd ediblər ki, ərazi bütövlüyü prinsipi Dağlıq Qarabağ ətrafında bufer zonasına daxil olan ərazilərə şamil ediləcək.

Dağlıq Qarabağda statusla bağlı referendumun keçirilməsinə gəldikdə, Ş.Köçəryan bildirib ki, onun nəticəsi azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qayıtmasından sonra erməni əhalisinin payının 73% təşkil edəcəyi nəzərə alınmaqla qabaqcadan müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti