...

FRANSA SƏFİRİ DAĞLIQ QARABAĞDA FRANSIZ ŞİRKƏTLƏRİNİN OLMASINI TƏKZİB EDİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Sentyabr 2005 16:31 (UTC +04:00)

Fransa səfirliyi Dağlıq Qarabağda fransız şirkətlərinin fəaliyyət göstərməsi barədə Qarabağ Azadlıq Təşkilatının (QAT) müraciətinə cavab verib. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

Qeyd edək ki, QAT sədri Akif Nağı səfirliyə müraciətində Fransaya məxsus şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində rabitə işləri ilə bağlı işğalçı rejimlə əməkdaşlığına etirazını bildirmiş, bu cür qanunsuz əməkdaşlığın dayandırılmasını tələb etmişdi.

Səfir Rolan Blatman cavab məktubunda deyib ki, bugünədək əldə edə bildiyi məlumatlara görə, Dağlıq Qarabağda fransız müəssisələri, xüsusilə də telekommunikasiya sektorunda, yoxdur. Səfirin sözlərinə görə, fransız müəssisələri bu regiondakı xüsusi vəziyyət barədə Fransa hökuməti tərəfindən məlumatlandırılıblar və buna görə onlardan Dağlıq Qarabağda fəaliyyət göstərməmələri xahiş olunub.

Səfir eyni zamanda cavab məktubunda QAT-dan Fransa səfirliyinə qarşı hədələrdən istifadə etməyə son qoymağını xahiş edib. "Bildiyiniz kimi, mən disskusiyaya hazıram, lakin bunun mənim ölkəmin və həmvətənlərimin əleyhinə tribuna kimi istifadə edilməsini də qəbul edə bilmərəm"-deyə səfir vurğulayıb.

QAT səfirin mövqeyini razılıqla qarşıladadığını, lakin eyni zamanda Fransa hökumətinin regionda daha obyektiv mövqe tutmasına ehtiyac olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti