...

ERMƏNİSTAN İLƏ AZƏRBAYCAN ARASINDA QARABAĞ PROBLEMİ ÜZRƏ DANIŞIQLAR FƏAL MƏRHƏLƏYƏ KEÇİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2005 14:39 (UTC +04:00)

/ARKA/. Ermənistan və Azərbaycan arasında Qarabağ problemi üzrə danışıqlar fəal mərhələyə keçib. Trend bildirir ki, Ermənistan prezidenti Robert Köçəryan bu barədə mətbuat konfransında bəyan edib.

O, əlavə edib ki, "danışıqlarda uğur əldə etmək ümidi vardır". Prezident həm də qeyd edib ki, Azərbaycan ilə daim danışıqlar aparılır və 1994-cü ildən danışıqların arası kəsilmir.Dövlət başçısı bildirib ki, "tərəflərin münaqişənin həllinə daha yaxın olduğu anlar olub, amma nə isə buna mane olub". R.Köçəryanın sözlərinə görə, danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində bilavasitə həmsədrlərin iştirakı ilə aparılır.Bu kontekstdə R.Köçəryan beynəlxalq təşkilatların müsbət rolunu qeyd edib.Onun fikrincə, onların iştirakı münaqişə tərəfləri arasında razılaşma əldə edildikdən sonra siyasi və iqtisadi yardım olaraq əhəmiyyətli olacaq.

Finlandiya prezidenti Tarya Halonen öz tərəfindən deyib ki, beynəlxalq aləmin Dağlıq Qarabağ münaqişəsi məsələsinə cəlb edilməsi həmişə ATƏT çərçivəsində müzakirə edilib. "Əgər iki tərəf razılaşsalar, onda həmçinin beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi də mümkündür ki, bu da Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması işində beynəlxalq cəmiyyətin iştirakının vacib tərkib hissəsi ola bilər" -deyə Finlandiyanın dövlət başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti