...

FİNLANDİYA PREZİDENTİ QARABAĞ MÜNAQİŞƏSİ ZONASINA BEYNƏLXALQ SÜLHMƏRAMLILARIN CƏLB OLUNMASINI İSTİSNA ETMİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2005 17:08 (UTC +04:00)

(Regnum) - "Benyəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində hələ çox işlər görməlidir.

Əgər tərəflər razılığa gəlsələr, o zaman beynəlxalq sülhməramlı qüvvələrin regionda dislokasiyası mümkündür və bu da bizim müsbət rolumuzu artıracaq".Bu barədə Finlandiyanın prezidenti Tarya Halonen Ermənistan prezidenti Robert Köçəryanla Yerevanda birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

Öz növbəsində, Ermənistan prezidenti Robert Köçəryan 1994-cü ildən bəri Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə danışıqların ATƏT-in Mtnsk Qrupu çərçivəsində davam etdiyini bəyan edib. "Tərflərin mümkün qərar çıxarmağa çox yaxın olduğu anlar olub, lakin sonra nə isə buna mane olub və danışıqlar passivləşib.

İndi danışıqlar prosesində fəallaşma müşahidə olunur və bizim uğur qazanacağımıza bir sıra ümidlər var. Biz beynəlxalq ictimaiyyətin bu prosesdə iştirakını müsbət qiymətləndiririk və tərəflər siyasi razılıq əldə etsələr, həm iqtisadi, həm də siyasi yardımın artacağına ümid edirəm ", - deyə Robert Köçəryan qeyd edib.

Xəbər lenti

Xəbər lenti