...

AZƏRBAYCANDA QAÇQINLARLA BAĞLI MƏRUZƏ AŞPA-NIN MÜZAKİRƏSİNDƏN ÇIXARILIB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2005 19:23 (UTC +04:00)

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabrın 3-də başlayan payız sessiyasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti üzvlərinin təkidi ilə Azərbaycan, Gürcüstan və Ermənstandakı qaçqınlarla bağlı məruzə müzakirədən çıxarılıb". Bu barədə Trend agentliyinə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Bəxtiyar Əliyev bildirib.

B.Əliyevin sözlərinə görə öncə komitələrin iclası başlanıb. Miqrasiya, qaçqın və əhali üzrə komitədə Azərabycan, Gürcüstan və Ermənistanda qaçqın problemləri ilə bağlı məruzə dinlənilib: "Biz Azərbaycanda yaşanan qaçqın və köçkünlərin vəziyyəti ilə bağlı geniş çıxış edib məruzədə göstərilən bir sıra məqamlara etirazımızı bildiridik. Qərara alındı ki, məruzənin müəllifi Boris Şleviçlə birgə yenidən bu məsələyə baxaq Məruzəyə yenidən baxıldıqdan sonra müzakirəyə çıxarılacaq".

B.Əliyev həmçinin qeyd edib ki, bu günlərdə AŞ PA-nın Nazirlər Kabinetinə bir sənəd daxil olub: "Bu da ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağla bağlı fəaliyyətinin bir növ hesabatıdır: "Bu da bizə imkan verəcək ki, Dağlıq Qarabağ münaqişəsi üzrə yaradılan alt komitədə bu məsələni daha qabarıq şəkildə qaldıraq".

Qeyd edək ki, AŞPA-nın payız sessiyası öz işini oktyabrın 3-dən 8-dək davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti