...

STRASBURQDA DAĞLIQ QARABAĞ PROBLEMİ ÜZRƏ İŞÇİ QRUPUNUN İCLASI KEÇİRİLİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2005 21:39 (UTC +04:00)

Oktyabrın 5-də Strasburqda AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitəsi işçi qruplarının görüşü keçirilib. AŞPA-da Azərbaycan parlament missiyasının rəhbəri Səməd Seyidov Trend in Strasburqdakı xüsusi müxbirinə bildirib ki, görüşün əsas məqsədi alt komitənin dekabrda Parisdə keçiriləcək növbəti iclasına hazırlıq olub.

Bugünkü görüşdə biz belə bir qərara gəldik ki, Avropa Şurasının yanvarda qəbul edilmiş qətnaməsindən sonra görülmüş işi bir sənəddə birləşdirək və bunu alt komitənin dekabrın 12-də Parisdə keçiriləcək iclasında müzakirə edək.Eyni zamanda S.Seyidov hansı sənəddən söhbət getdiyini dəqiqləşdirmədi.

S.Seyidov Avropa Şurası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsini yüksək dərəcədə mühüm hesab edib və vurğulayıb ki, problem daim təşkilatın gündəliyində olmalıdır.Onun sözlərinə görə, alt komitə tərəfindən indiyədək görülən iş barədə hərtərəfli informasiya AŞPA-nın yanvar sessiyasına çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti