...

VARDAN OSKANYAN: ERMƏNİSTANLA AZƏRBAYCANIN PRİNSİPİAL MƏSƏLƏLƏRLƏ BAĞLI MÖVQEYİ YAXINLAŞIB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2005 16:55 (UTC +04:00)

(Mediamaks) - "Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı mövqeyi yaxınlaşıb". Bu barədə Ermənistanın xarici işlər naziri Vardan Oskanyan NATO-nun Parlament Assambleyası və Ermənistanın Milli Məclisi tərəfindən təşkil olunmuş "Cənubi Qafqazda təhlükəsizlik" mövzusuna həsr olunmuş seminarında çıxışından sonra jurnalistlərlə söhbətində bildirib.

O, prinsipial məsələlərə Dağlıq Qarabağın gələcək statusunu, ərazi və təhlükəsizliyin təmin olunması ilə bağlı problemləri aid edib. Nazir qeyd edib ki, yeni paket hazırlanmasa da, müəyyən ideyalar var.

"Bu elementlərin müzakirəsi başlandıqdan sonra yazılı sənədlər barədə bir söz demək olacaq", - deyə V.Oskanyan əlavə edib.

O, Azərbaycanda parlament seçkilərinin başa çatmasını gözləməyi məsləhət görüb: "Seçkilərdən sonra ATƏT-in Minsk qrupu həmsədrləri danışıqlar prosesini fəallaşdıracaqlar", - deyə o qeyd edib. Hər iki ölkə arasında ərazilərin minalardan təmizlənməsinə dair razılığın əldə olunması ilə bağlı azərbaycanlı həmkarının bəyanatını şərh edən nazir hələlik rəsmi razılığın əldə olunmadığını bildirib.

V.Oskanyan, həmçinin, onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yalnız ATƏT-in Minsk qrupu "müstəsna mandat"a malikdir.

Xəbər lenti

Xəbər lenti