...

QORAN LENMARKERİN ATƏT-İN DAĞLIQ QARABAĞ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ STATUSUNUN LƏĞV OLUNMASI TƏLƏB EDİLİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2005 20:37 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin bu statusunun ləğv olunması tələbi ilə çıxış edib. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

Qeyd edək ki, Qoran Lenmarker bu günlərdə İrəvanda səfərdə olarkən obyektivlikdən və reallıqdan uzaq olan bəyanatla çıxış edib. O, Azərbaycanın və Ermənistanın hər ikisinin güzəştə getməli olduğunu bildirib, Azərbaycana Dağlıq Qarabağın keçmiş tarixini və xüsusilə də ərazisinin əvvəllər kimə məxsus olmasını unutmağı məsləhət görüb. Qarabağ Azadlıq Təşkilatı Q.Lenmarkerin Azərbaycana səfəri ərəfəsində verilmiş bu bəyanatı qəzəblə qarşılayıb və ATƏT rəhbərliyinin bu məsələyə dərhal aydınlıq gətirməsini tələb edib.

QAT hesab edir ki, ATƏT nümayəndəsi birmənalı şəkildə ermənipərəst mövqedən çıxış edib, erməni işğalı və terrorçuluğu faktını ört-basdır etməyə çalışıb: "Azərbaycan tərəfinin güzəştə getməsindən danışmaq, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması haqqında faktı unutdurmağa çalışmaq heç bir məntiqə sığmır və birbaşa işğalçı Ermənistanın maraqlarına xidmət edir. Qarabağ Azadlıq Təşkilatı ATƏT-in Bakı nümayəndəliyindən bu məsələni dərhal araşdırmasını və Qoran Lenmarkerin xüsusi nümayəndə statusunun ləğv olunması haqqında məsələ qaldırılmasını tələb edir"-deyə bəyanatda bildirilir.

Xəbər lenti

Xəbər lenti