...

VARDAN OSKANYAN: ERMƏNİSTANDA KONSTİTUSİYA İSLAHATLARI ÜZRƏ REFERENDUM QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMLANMASINA BİRBAŞA TƏSİR GÖSTƏRMƏYƏCƏK

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2005 11:51 (UTC +04:00)

(ARKA) - "Ermənistanda konstitusiya islahatları üzrə referendum Qarabağ münaqişəsinin nizamlanmasına birbaşa təsir göstərməyəcək". Bu barədə jurnalistlərə ER XİN-nin başçısı Vardan Oskanyan bildirib. Onun fikrincə, referendumun müsbət nəticələri birmənalı şəkildə ölkədə demokratik əsasları möhkəmləndirəcək.

Nazirin sözlərinə görə, daha demokratik və şəffaf ölkə problemin nizamlanmasında ictimai fikri daha çox nəzərə alacaq. Bu nöqteyi-nəzərdən "referendum və Qarabağ problemi arasında hər hansı bir vasitəli əlaqə mövcuddur".

Xəbər lenti

Xəbər lenti