...

QARABAĞ AZADLIQ TƏŞKİLATI BEYNƏLXALQ BÖHRAN QRUPUNA ETİRAZ EDİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2005 20:06 (UTC +04:00)

"Qarabağ Azadlıq Təşkilatı (QAT) Beynəlxalq Böhran Qrupunun (BBQ) açıqlamasına etiraz edib". Trend xəbər verir ki, QAT BBQ-nin Dağlıq Qarabağla bağlı açıqlamasının əksər bəndlərini qərəzli adlandırıb.

QAT bəyan edib ki, qurum Dağlıq Qarabağın statusu məsələsini əsas müzakirə predmeti kimi təqdim edir: "Bu mövqe heç bir halda müsbət nəticələrə gətirə bilməz. Eyni zamanda Dağlıq Qarabağda referendum keçirilməsi təklifi də qətiyyən qəbul oluna bilməz. Nəticəsi əvvəlcədən bəlli olan refenduma ehtiyac da yoxdur".

QAT BBQ-nin açıqlamasında sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi təklifini də milli maraqlara zidd addım kimi qiymətləndirib: "Azərbaycana Ermənsitan ərazisindən təcavüz edilib, ona görə də Ermənistanın silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalı və bundan sonra sülhməramlı qüvvələr Azərbaycanla Ermənistan sərhəddi boyunca yerləşdirilə bilər".

QAT hesab edib ki, BBQ işğalçı Ermənistanın mövqeyinin müdafiə olunmasından əl çəkməli, obyektiv və ədalətli reallığı əks etdirən sənədlə çıxış etməlidir.

Xəbər lenti

Xəbər lenti