...

FƏRHAD TAĞIZADƏ: NƏZARƏT OLUNMAYAN ƏRAZİLƏRİN MÖVCUDLUĞU ERMƏNİSTANA KÜTLƏVİ QIRĞIN SİLAHLARININ KOMPONENTLƏRİNİN DAŞINMASI ÜÇÜN ƏLVERİŞLİ ŞƏRAİT DAŞIYIR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2005 13:45 (UTC +04:00)

Azərbaycanda nəzarət olunmayan ərazilərin mövcudluğu Ermənistana gələcəkdə Azərbaycan əleyhinə istifadə oluna biləcək kütləvi qırğın silahlarının komponentlərinin, strateji materialların, həmçinin, adi silahların daşınması üçün əlverişli şərait yaradır. Trend in məlumatına görə, bu barədə oktyabrın 12-də Bakıla açılan "Qara dənizdə və Xəzərdə kütləvi qırğın silahlarının yayılmaması üzrə" iki günlük konfransda Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin müavini Fərhad Tağızadə bəyan edib.

F. Tağızadənin sözlərinə görə, bu amil Ermənistanın seysmik zonasında, Azərbaycanla sərhəddin bilavasitə yaxınlığında Metsamor Atom Elektrik Stansiyasının işinin yenidən bərpa edilməsini nəzərə aldıqda daha artıq aktualdır.

"Azərbaycan onsuz da terrorizmin nə olduğunu və onun hansı nəticələrə səbəb olduğunu bilir. Ölkəmiz bilavasitə Ermənistanınn xüsusi xidmət orqanlarının və Dağlıq Qarabağın separatçı rejimi tərəfindən törədilən 32 terror aktı ilə üzləşib və bu terror aktları nəticəsində 2 min insan həlak olub",- deyə Azərbaycan dövlət sərhəd xidmətinin rəis müavini qeyd edib.

F. Tağızadə Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinin davam etdirilməsi və bunun nəticəsində Azərbaycan-İran dövlət sərhəddinin 132 , Ermənistan ilə 1007 kilometrlik hissəsi üzərində nəzarətin itirilməsi faktına xüsusi diqqət ayırıb. "Bütün bunlar təkcə Azərbaycandakı vəziyyətə deyil, bütünlükdə Cənubi Qafqaz regionunda sabitliyin təminatına öz mənfi təsirini göstərir", - deyə F. Tağızadə bildirib.

Onun sözlərinə görə, bu forumun keçirilməsinin əhəmiyyəti hər şeydən əvvəl ondadır ki, bütün bunlar ölkədə milli təhlükəsizlik strukturlarının, eləcə də sərhəd idarə sisteminin təkmilləşdirilməsində və formalaşmasında çətinliklər yaradır.

Transsərhəd cinayətkar qruplaşmalar yaxşı düzəldilmiş və davamlı əlaqəyə malik olması faktını nəzərə alaraq, onlarla mübarizədə Xəzər və Qara dəniz dövlətlərinin hüquq-mühafizə orqanları birgə mübarizə strategiyasını yaratmağa imkan verən daha qətiyyətli və səmərəli addımlar atmalıdırlar.

"Təcrübə göstərir ki, ayrı-ayrı strukturların parçsalanmış şəkildə fəapliyyət göstərməsi kriminal qruplaşmalara qarşı effektiv mübarizə aparmaq üçün kifayət etmir. Nəticədə cinayətkarlıqla, eləcə də kütləvi qırğın silahlarının yayılmasına və terrorizmlə mübarizə aparmaq üçün vahid mübarizə metodunun yaradılması zərurəti yetişir", -deyə sonda F. Tağızadə bildirib.

Qeyd edək ki, iki günlük konfrans Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Bolqarıstan və ABŞın sahil mühafizəsi xidməti və sərhəd idarələrinin nümayəndələrinin iştirakı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti