...

Mövqelərimiz atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Oktyabr 2005 15:53 (UTC +04:00)

Oktyabrın 18-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttindəki mövqelərimizi yenidən atəşə tutub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Düşmən atəşkəsi axşam saatlarında pozub. Nəticədə Ağdam rayonunun işgal olunmuş Cavahirli kəndinin 1,7 km şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Çıraqlı kəndi ərazisindəki mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti