...

Qarabağ bəyannaməsi hazırlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2005 18:01 (UTC +04:00)

"Qarabağ Azadlıq Təşkilatı (QAT) və Qarabağ Koordinasiya Şurası Qarabağ bəyannaməsini hazırlayıb imzalamaq üçün deputatlığa namizədlərə təqdim edib". Bu barədə Trend ə QAT-ın mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda bildirilib ki, parlament seçkilərinə namizədliyi irəli sürülən şəxslər Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin aradan qaldırılması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad edilməsi istiqamətində fəaliyyətin zəruriliyini qəbul edərək Qarabağ bəyannaməsini imzalayır və bu sənəddən irəli gələn öhdəlikləri üzərlərinə götürürlər.

Bəyannamədə göstərilib ki, parlamentin ilk iclasında Qarabağ fraksiyası və Qarabağ daimi komissiyası yaradılmalı, Qarabağ məsələsinin hazırki vəziyyəti ilə bağlı qapalı müzakirələr keçirilməli, ölkə prezidentinin, baş nazir, xarici işlər naziri və müdafiə nazirinin hesabatları dinlənilməlidir, parlament Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları səviyyəsində təcavüzkar Ermənistanla bütün əlaqələrin kəsilməsinə nail olmalıdır.

Bəyannamədə ümumilikdə 7 bənd öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti