...

Azərbaycanın politoloqları Ermənistan prezidentinin bəyanatını şərh edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2005 16:25 (UTC +04:00)

Ermənistan prezidenti Robert Köçəryan özünün bütün hərəkətlərində Moskvadan asılıdır, atdığı hansı bir addımı Moskva ilə razılaşdırır. Bu barədə Trend ə oktyabrın 25-də Azərbaycan prezidentinin keçmiş müşaviri, politoloq Vəfa Quluzadə Ermnəistan prezidentinin "Ermənistan üçün Rusiya əsas tərəfdaşdır" barədə bəyanatını şərh edərkən bildirib.

Politoloq xatırladıb ki, keçmişdə R. Köçəryan Dağlıq Qarabağda komsomol təşkilatının rəhbəri səlahiyyətlərini icra edirdi, SSRİ-nin süqutundan sonra isə Rusiya ondan "Azərbaycana qarşı oyunda marionetka" kimi istifadə edir.

"Ermənistanın deyil, məhz Rusiyanın Dağlıq Qarabağı işğal etdiyini" qeyd edəe V. Quluzadə bildirib ki, məhz Moskvanın təşəbbüsü ilə R. Köçəryan Dağlıq Qarabağdakı saeparatçı rejimin "prezidenti" təyin edilmişdi və gələcəkdə isə Kremlin narazı olmasından istifadə edərək Levon Ter-Petrosyanın Ermənistan-Azərbaycan problemini mərhələli yolla həll etmək səylərinin sonuncunun devrilməsinə və özünün erməni dövlətinin başçısı olmasına gətirib çıxardı.

Öz növbəsində, politoloq Rasim Musabəyov Türkiyə və Azərbaycanın "Ermənistanın ənənəvi düşmənləri" olduqlarını xatırladıb və Rusiya ilə yaxınlaşmaq kursunun davam etdirlməsini təklif edib. "Şübhəsiz ki, Rusiyanın köməyi olmadan Ermənistan Azərbaycan ərazilərini işğal edə bilməzdi. Yerevanın ehtiyatları sadəcə olaraq buna kifayət etmir", -deyən politoloqun fikrincə, burada iqtisadi amil də sonuncu rol oynamır.

R. Musabəyovun sözlərinə görə, Azərbaycanın əsas ticarət tərəfdaşları Türkiyə və Qərb olduğu kimi Erəmnistan iqtisadiyyatına kapital qoyuluşunun əsas hissəsi məhz Rusiyadan gəlir. "Türkiyə həm iqtisadi, həm də hərbi mənada Rusiyadan azacıq da olsa geri qalmır", -deyə o xatırladıb ki, Rusiya Azərbaycan neftinin əsas istehlakçısı olmasa da, heç də aza əhəmiyyətə malik deyil.

Bununla yanaşı, politoloq Azərbaycanın "şimal qonşusunun iqtisadi və ya siyasi zəifliyindən" danışmağın da düzgün olmadığını hesab edir. "Rusiya ilə əlaqələri inkişaf etdirmək lazımdır. Lakin bu zaman Azərbaycan Qərblə əməkdaşlığı yunutmamalıdır", -deyə politoloq sonda bildirib.

Xəbər lenti

Xəbər lenti