...

Novruz Məmmədov: Ermənistan Astana və Kazanda keçirilən görüşlərdən sonra addım atmalı idi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2005 18:30 (UTC +04:00)

Azərbaycan prezidenti İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidentinin Dağlıq Qarabağ probleminin danışıqlar prosesini "münaqişəyə müsbət addım" kimi qiymətləndirən son bəyanatını təkzib etmək istəmir. Trend ə eksklüziv müsahibəsində N.Məmmədov deyib ki, digər tərəfdən " Robert Köçəryanın sözləri ilə hərəkətləri arasında böyük distansiya və uyğunsuzluq görür".

"Bu bəyanat beynəlxalq ictimaiyyəti aldatmaq fikrindən başqa bir şey deyil.Əgər həqiqətən belədirsə, onda Astana və Kazan görüşlərindən (Ermənistan və Azərbaycan prezidentlərinin görüşü) sonra Ermənistan tərəfi irəliyə müəyyən addım atmalı idi.Təəssüf ki, bunu etmədən onlar müxtəlif bəyanatlarla vaxt amilindən istifadə edərək prosesi hər cür vəchlə uzatmağa çalışır" -deyə N.Məmmədov qeyd edib.

Euronews telekanalına müsahibəsində Robert Köçəryan bəyan edib ki, bu gün Dağlıq Qarabağ problemi üzrə danışıqlar prosesi fəal aparılır və "mən bunu münaqişəyə müsbət addım kimi qiymətləndirirəm". Ermənistan prezidenti danışıqların məxfiliyini səbəb göstərərək danışıqlar prosesi barədə mufəssəl danışmaqdan imtina edib.

Xəbər lenti

Xəbər lenti