...

NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması tərəfdarıdır, amma bu məsələyə müdaxilə etməyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2005 13:01 (UTC +04:00)

NATO Dağlıq qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması tərəfdarıdır. Bu gün İrəvanda keçirilən "NATO-Ermənistan qarşılıqlı münasibətləri" adlı dəyirmi masada NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Robert Simmons bəyan edib. Bu barədə Trend ARKA-ya istinadən bildirir. O, qeyd edib ki, Alyans münaqişənin nizama salınmasında yardımla bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətinə müdaxilə etmək niyyətində deyil.

Onun sözlərinə görə, Alyans münaqişənin onun tərəfləri arasında həllinin sərbəst axtarışı tərəfdarıdır və konsensusun əldə olunduğu təqdirdə Alyans siyasi dialoqun təşkil edilməsi üçün imkan yaratmağa hazırdır. R.Simmons vurğulayıb ki, Cənubi Qafqaz ölkələri Alyans üzvləri olmadığı üçün NATO tərəfdaşlarından fərqli olaraq regionda təhlükəsizliyə zəmanətə xidmət edə bilməz.

Xəbər lenti

Xəbər lenti