...

Robert Köçəryan: "Vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinə 2006-cı ilin yanvarında görüşməyi təklif edir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2005 12:44 (UTC +04:00)

"ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan pezidentləri İlham Əliyev və Robert Köçəryana 2006-cı ilin yanvarında göruşməyi təklif edirlər". Trend in "Mediamaks" agentliyinə istinadən xəbər verdiyi kimi, Ermənistan prezidenti bu barədə noyabrın 10-da Afinada Yunanıstanın erməni icmasının nümayəndələri ilə görüşündə bəyan edib.

"Dekabrda həmsədrlərin regiona səfəri gözlənilir. Vasitəçilər hər iki ölkə başçısına 2006-cı ilin yanvarında görüşməyi təklif edirlər. Onlar 2007-2008-ci illərdə Ermənistanda keçiriləcək parlament və prezident seçkilərini nəzərə alaraq bir qədər tələsirlər. Artıq Azərbaycanda seçkilər keçirilib, yəni 2006-cı il seçkiqabağı gərginlikdən azaddır və fəal şəkildə işləmək olar. Düşünürəm ki, məhz bu məsələdə vasitəçilərin fəallığının izahını axtarmaq lazımdır və bunda bir həqiqət var", - deyə o qeyd edib.

"Qarşımıza tələsmək tapşırığı qoymasaq da, mən həqiqətən də irəliləyişə nail olunmasını mümkün hesab edirəm", - deyə R.Köçəryan bildirib.

"Əgər Qarabağ münaqişəsinin nizamlanmasının bizə əlverişli olan variantı varsa, bu şansı əldə vermək ağılsızlıq olardı. Lakin bu heç də o demək deyil ki, biz 2006-cı və ya 2007-ci illərdə münaqişəni nəyin bahasına olursa olsun mütləq həll etməliyik. Əgər problem həll olunsa, bundan həm biz, həm də bütün region qazanacaq. Məhz buna görə də biz danışıqlarda tam ciddiliklə iştirak edir və heç də vaxt qazanmaq məqsədi güdmürük", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti