...

Cəbhə xəttində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Noyabr 2005 13:17 (UTC +04:00)

Noyabrın 15-də cəbhə xəttində atəşkəs yenidən pozulub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 17.44-dən 17.54-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Xanlar rayonu ərazisindəki Ömər dağının işğal olunmuş 1 km. cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşilə susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti