...

Təmas xəttində monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Noyabr 2005 11:55 (UTC +04:00)

Noyabrın 19-da ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Ağdam rayonunun Baş Qərvənd kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Oleksandr Samarski və Piter Ki keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Harri Eronen və Jiri Aberle keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti