...

Robert Simmons: NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması tərəfdarıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2005 11:15 (UTC +04:00)

NATO Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizama salınması tərəfdarıdır. Trend bildirir ki, noyabrın 19-da Bakı Dövlət Universitetinin tələbələri ilə görüşdə NATO baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons bəyan edib.

Onun sözlərinə görə, NATO həmin münaqişədə cəlb edilmiş tərəf deyil və buna görə də onun təmsil etdiyi struktura " yalnız ATƏT-in Minsk qrupu çərçivəsində sülh prosesinin gedişini izləmək qalır". O, bəyan edib ki, "biz inanırıq ki, yaxın vaxtlarda Minsk qrupu poblemin həllini tapa biləcək".

NATO-nun xüsusi nümayəndəsi BTC ixrac neft boru kəmərinin təhlükəsizliyi məsələsinə toxunaraq bəyan edib ki, Alyans həmin məsələdə maraqlıdır. Azərbaycan, Gürcüstan və Türkiyə boru kəmərinin təhlükəsizliyini təmin etmək istəyir və bu, faktdır. "Buna görə də hər üç dövlət həmin istiqamətdə birgə səylərini yönəltməlidir"-deyə R. Simmons bildirib.

NATO baş katibinin xüsusi nümayəndəsi həm də vurğulayıb ki, Azərbaycan üçün NATO-ya üzv olmaq yolu açıqdır.

Xəbər lenti

Xəbər lenti