...

Cəbhə xəttində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2005 12:45 (UTC +04:00)

Noyabrın 18-də cəbhə xəttində atəşkəs pozulub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 13.25-dən 13.45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun Borsunlu kəndinin 3,7 km. şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutub.

Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti