...

Araz Əlizadə: Avropalı parlamentarilər Ermənistanı təcavüzkar ölkə kimi qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2005 16:31 (UTC +04:00)

Avropalı parlamentarilər Ermənistanı təcavüzkar ölkə kimi qəbul edib. Trend xəbər verir ki, bu barədə noyabrın 22-də Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Tiflisdə keçirilən "Avropa sosial demokratlarının ümumi forumu"nda iştirakı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

A.Əlizadə forumda Cənubi Qafqazın təhlükəsizliyi və Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı çıxışlar edib. "Forumda iştirak edən Ermənistan parlamentinin beynəlxalq məsələləri komissiyasının sədri Eduard Qazaryan Dağlıq Qarabağ problemi ilə bağlı çıxışinda bildirib ki, Azərbaycan dövlətinin hərbi xərclərini artırması bu problemin həllini çətitnləşdirir. Onun bu çıxışı forum iştirakçıları tərəfindən məntiqsiz qiymətlndirilib". Partiya sədri onu da bildirib ki, o, Qazaryanın çıxışına alternativ faktlar gətirib: "Mənim çıxışım tədbir iştirakçıları tərəfindən dəstəklənib və onlar Ermənistanın təcavüzkar olduğunu bir daha təsdiglyib".

Adıçəkilən forum Avropa parlamentindəki sosial qrup, Leyboristlər partiyası və Vestministr fondu tərəfindən təşkil edilib.

Xəbər lenti

Xəbər lenti