...

Rusiya XİN-də bəyan olunub ki, Azərbaycan və Ermənistan münaqişənin qarşılıqlı məqbul həllini tapmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2005 12:34 (UTC +04:00)

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı məqbul həllini tapmalıdır. Trend RİA "Novosti"-yə istinadən bildirir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mixayıl Kamınin bəyan edib.

"Rusiya Ermənistan-Azərbaycan dialoqunun davam etdirilməsini alqışlayaraq hesab edir ki, tərəflər münaqişənin qarşılıqlı məqbul həllinə nail olmalıdır" -deyə diplomat bəyan edib.

O, vurğulayıb ki, Rusiya " bu işdə həm ikitərəfli planda, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi ən fəal yardım göstərməyə və əldə olunmuş razılaşmaya zamin olmağa hazırdır".

Rusiya-Ermənistan münasibətlərindən danışarkən Kamınin qeyd edib ki, son illərdə onlar "strateji ittifaq tərəfdaşlığı xarakteri əldə edib və inkişafın müsbət dinamikası ilə fərqlənir".

Xəbər lenti

Xəbər lenti