...

Nursultan Nazarbayev Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında iştirak etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2005 13:45 (UTC +04:00)

Trend in RİA "Novosti" agentliyinə istinadən xəbər verdiyi kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında iştirak etmək arzusunda olduğunu bildirib.

"Mən Qafqazda yaxın Azərbaycan və Ermənistan xalqları arasında münasibətlərin tənzimlənməsində iştirak etməyi çox arzu edirəm", - deyə N.Nazarbayev dekabrın 5-də Astanada keçirilmiş mətbuat konfransında çıxışında bildirib.

Prezident xatırladıb ki, o, 1991-ci ildə Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edib. "O zaman mən bir-birinə yaxın olan bu iki xalqın düşdüyü fəlakəti öz gözlərimlə gördüm", - deyə o qeyd edib.

"Ən yaxın xalqlar və qonşular arasında toqquşma yalnız bədbəxtlik gətirir, buna görə də mən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində iştirak etmək istərdim", - deyə N.Nazarbayev bildirib.

Xəbər lenti

Xəbər lenti