...

Lyublyanada Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair bəyanat qəbul ediləcəyi gözlənilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2005 19:16 (UTC +04:00)

Dekabrın 5-də Lyublyanada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına dair bəyanat qəbul ediləcəyi gözlənilir.Bu barədə Trend "ANS" telekanalına istinadən bildirir. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesinə dair aparılan danışıqların hazırkı vəziyyətinə qiymət veriləcək.

Bu günlərdə Lyublyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan XİN başçıları ilə şam yeməyində qeyri-rəsmi görüşü keçirilib.İki saatdan çox davam edən söhbətdə haqqında məsləhətləşmələrin davam etdirildiyi birgə bəyanatın qəbul edilməsi imkanı müzakirə edilib.Tərəflər həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin yaxın gələcəkdə növbəti görüşünün keçirilməsinə aid danışıqlar aparıb.

Dekabrın 5-də həmsədrlərin Ermənistan və Azərbaycan XİN başçıları ilə təklikdə görüşəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti