...

Terri Devis: "2006-cı il Cənubi Qafqazda münaqişələrin nizamlanması üçün "həlledici" olacaq"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2005 16:20 (UTC +04:00)

Avropa Şurasının baş katibi Terri Devis bəyan edib ki, 2006-cı il Cənubi Qafqazda münaqişələrin nizamlanması üçün "həlledici" olacaq.

Trend in "Mediamaks"a istinadən yaydığı məlumata görə, Lyublyanada ATƏT-in xarici işlər nazirləri Şurasının iclasında çıxış edərkən Terri Devis bildirib ki, "biz Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya ətrafında inkişaf edən hadisələri diqqətlə izləyirik ".

Finlandiyanın xarici işlər naziri Erkki Tuomiya Lyublyanada bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin iştiakçısı olan tərəflər danışıqlar aparmaq istəkləri barədə "işarə verirlər" və bu, imkan pəncərəsindən istifadə olunmalıdır".

Xəbər lenti

Xəbər lenti