...

ABŞ 2006-cı ildə Azərbaycanla Ermənistanın "ədalətli sülh yolunda böyük addımlar atacağına" ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2005 16:57 (UTC +04:00)

"ABŞ 2006-cı ildə Azərbaycanla Ermənistanın "ədalətli sülh yolunda böyük addımlar ata biləcəyinə" ümid edir". Trend in "Mediamaks" agentliyinə istinadən xəbər verdiyi kimi, bu barədə ABŞ-ın siyasi məsələlər üzrə dövlət katibinin müavini Nikolas Barns dekabrın 5-də Lyublyanada ATƏT-in xarici işlər nazirləri şurasının iclasında çıxış edərkən bəyan edib.

"Biz Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində əldə olunmuş müsbət irəliləyişləri təqdir edir və hesab edirik ki, 2006-cı ildə hər iki dövlət ədalətli sülh uğrunda böyük addımlar ata biləcək. Biz Azərbaycan və Ermənistan liderlərini bu məqsədə çatmaq üçün ATƏT-in Minsk qrupu həmsədrləri ilə qətiyyətlə işləməyə çağırırıq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti