...

QAT müdafiə nazirinə məktub ünvanlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2005 13:55 (UTC +04:00)

"Qarabağ Azadlıq Təşkilatı (QAT) dekabrın 7-də Azərbaycanın müdafiə naziri Səfər Əbiyevə məktubla müraciət edib". Bu barədə Trend ə QAT sədri Akif Nağı bildirib.

A.Nağı qeyd edib ki, məktub Macarıstanda erməni zabitini qətlə yetirən azərbaycanlı zabit Ramil Səfərovun hüquqlarının müdafiəsi ilə bağlı olub: "Nazirdən xahiş olunub ki, zabitimizin müdafiəsi istiqamətində qəti addımlar atılmalıdır. Bunun üçün bütün ictimaiyyət səfərbər olunmalıdır. Müşahidələrimiz göstərir ki, Müdafiə Nazirliyinin öz zabitini daha yaxşı müdafiə etməsi Ramil Səfərovun məhkəməsinə müsbət təsir göstərə bilər".

Qeyd edək ki, dekabrın 15-də Macarıstanda R.Səfərovun məhkəməsi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti