...

Azərbaycan ziyalıları dəyirmi masa keçirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2005 16:43 (UTC +04:00)

"Azərbaycan ziyalıları ermənilərin işğalı altında olan torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə qalxmalıdır". Trend xəbər verir ki, bu barədə qərar Qarabağ döyüşçüləri, istefada olan hərbçilər və QHT-lərdən olan bir qrup ziyalının dekabrın 7-də keçirdikləri dəyirmi masada qəbul edilib.

Dəyirmi masada iştirak edən ziyalılar Azərbaycan Naminə Hərəkatın lideri ədliyyə general-leytenantı İlqar Qasımovun dekabrın 7-də Azərbaycan ziyalılarına etdiyi müraciəti də müzakirə ediblər. Ziyalılar müraciətdə əksini tapan fikirləri dəstəklədiklərini və bunun həyata keçirilməsi üçün səfərbər olunmağın zəruriliyini vurğulayıblar.

Çıxış edən ziyalılardan Azərbaycan Qadın Haqları Müdafiə Mərkəzinin sədri Xavər Qəhrəmani qeyd edib ki, dövlət və dövlətçiliyə xələl gətirən ziyalılar ifşa olunmalıdır. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarixi və Mədəni Abidələrinin Müdafiə Təşkilatının sədri Faiq İsmayılov, Vahid Azərbaycan Partiyasının sədri professor Kərrar Əbilov, professor Rafiq İmrani və digərləri çıxış edərək Azərbaycan ziyalısının yalnız vətəninə xidmət göstərməsini bildirib.

Xəbər lenti

Xəbər lenti