...

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya dekabrın 15-də axşam gələcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2005 14:53 (UTC +04:00)

Dekabrın 15-də axşam ATƏT-0in Minsk Qrupunun həmsədrləri Bakıya gələcək. Bu barədə Trend ə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Bakıdakı ofisindən məlumat verilib.

Ofisdə bildirilib ki, həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxjsi nümayəndəsi Ancey Kaspşik müşaiyət edəcək.

Dekabrın 16-17-də Minsk Qrupu həmsədrlərinin Azərbaycan rəhbərliyi ilə görüşü olacaq. Həmin görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin nizamlanması məsələsi müzakirə olunacaq.

Xatırladaq ki, həmsədrlər Bakıya Yerevandan gələcəklər və burada ikigünlük danışıqlar aparacaqlar.

Xəbər lenti

Xəbər lenti