...

ATƏT MQ həmsədrlərinin Bakıya səfərinin gündəliyi tərtib olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2005 13:38 (UTC +04:00)

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə Minsk Qrupu (MQ) həmsədrlərinin Bakıya səfərinin gündəliyi tərtib olunub. Bu barədə Trend ə AR XİN-in mətbuat mərkəzində bildirilib.

MQ-nin həmsədrləri - Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya) və Stiven Mənn (ABŞ) dekabrın 15-də axşam Bakıda olacaq və həmin gün heç bir rəsmi görüş və ya tədbir keçirilməyəcək. Dekabrın 16-da səhər diplomatları AR XİN başçısı Elmar Məmmədyarov qəbul edəcək, eləcə də onların Dağlıq Qarabağın Azərbaycan icmasının başçısı Nizami Bəhmənovla görüşü keçiriləcək. Sonra müdafiə naziri Səfər Əbiyevlə görüş planlaşdırılıb. Günün ikinci yarısında vasitəçilərin Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda olacağı gözlənilir.

Dekabrın 17-də həmsədrlərin Azərbaycana səfəri başa çatır.

Xəbər lenti

Xəbər lenti