Dağlıq Qarabağ probleminin nizamlanması üzrə Ermənistan və Azərbaycan prezidentlərinin yanvar görüşü ilə bağlı məsələ hələ də müzakirə mərhələsindədir. Trend in məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye Yerevandakı mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, hazırda danışıqların hələ müəyyənləşdirilməyən vaxtı və yerilə bağlı danışıqlar aparılır. Bu barədə "ARKA" məlumat verib