...

QAT fəalları Xarici İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Dekabr 2005 13:35 (UTC +04:00)

Dekabrın 16-da Qarabağ Azadlıq Təşkilatının (QAT) fəalları Xarici İşlər Nazirliyinin (XİN) qarşısında etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Trend in məlumatına görə, saat 11.30-da radələrində QAT üzvləri Xarici İşlər Nazirliyinin qarşısına toplaşıblar, şüarlar səsləndirməyə cəhd ediblər. Lakin polislər piketin keçirilməsinə imkan verməyilər və aksiyanı dağıdıblar. Bu zaman QAT-çılarla polislər arasında insident yaranıb.

Etiraz aksiyası keçirənlərdən 10 nəfəri həbs olunaraq Yasamal rayon 27-ct polis bölməsinə aparılıb.

QAT fəallarının bu gün başqa bir yerdə növbəti aksiyalarını keçirmək niyyətindədirlər.

Qeyd edək ki, Qarabağ Azadlıq Təşkilatı ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərlərinə etiraz edir, bu səfərlərə son qoyulmasını və ümumiyyətlə Minsk qrupunun fəaliyyətinin dayandırılmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti