...

Novruz Məmmədov: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması barədə danışıqlar çox mürəkkəb şəraitdə aparılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2005 17:39 (UTC +04:00)

Ermənistan-Azərbaycan Dağlıq Qrarabağ münaqişəsinin sülh yolu üzrə nizamlanması üzrə danışıqlar çox çətin şəraitdə aparılır. Bu barədə Trend ə Azərbaycan Prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ekzklyuziv məlumat verib.

Onun sözlərinə görə, danışıqların ATƏT-in Minsk Qrupu (MQ) çərçivəsində davam etdirilməsi ümumilikdə müsbət haldır. "Hələlik tərəflər arasında müəyyən mövqelərin yaxınlaşması ilə bağlı yeni pozitiv elementlər olsa da, bir çox məsələlərlə bağlı razılaşma hələlik yoxdur. Buna görə də əsas məsələ bundan ibarətdir ki, prezidentlərin görüşüb və orada konkret olaraq bütün bu məsələlər ətrafında fikir mübadiləsi aparsınlar", - deyə o bildirib və hələlik prezidentlərin görüşəcəyi yer və tarix barədə heç bir qərar qəbul edilməyib.

" Bu görüşün təşkili üçün müvafiq strukturlarla və Minsk Qrupunun həmsədrləri ilə iş aparılacaq", - deyə N.Məmmədov bildirib.

MQ-nun rusiyalı həmsədri Y.Merzlyakovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri barədə sənədin hazırlanması barədə bəyanatını şərh edən N.Məmmədov bildirib ki, vasitəçi görünür, bir qədər şəxsi təşəbbüs göstərərək müxtəlif məsələlr haqqında məlumat verib. "Amma mən onun dediklərinin hamısının nə dərəcədə həqiqətə uyğun olduğu barədə məlumatım yoxdur, Çünki bəzi məsələlər belə görürəm ki, bir bəyanat olaraq qalırlar", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti