...

Yuri Merzlyakov: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü fevralın 10-da keçirilə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Dekabr 2005 20:58 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü fevralın 10-da keçirilə bilər. Trend bildirir ki, ATI telekanalına müsahibəsində ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bu barədə bəyan edib.

Onun sözlərinə görə, hazırda həmsədrlər yaxın vaxtlarda mümkün ola biləcək görüşün yerini müəyyən edir. Y.Merzlyakov qeyd edib ki, görüşdə prezidentlərin Kazandakı axırıncı görüşündə həll edilməmiş məsələlər müzakirə ediləcək. "Əgər biz müsbət nəticələrə nail ola bilsək, onda bu, böyük nailiyyət olacaq"- deyə o qeyd edib.

Rusiyalı diplomat həm də bildirib ki, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ərazi bütövlüyü saxlanılacaq. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu problemin həlli ilə bağlı səyləri "qalib"-"məğlub" prinsipinə yönəldilməyib. "İndi hər hansı bir həlledici razılaşmadan danışmaq tezdir, amma konkret deyə bilərəm ki, Azərbaycanın ərazi bütövlüyünə riayət olunacaq"-deyə Y.Merzlyakov bəyan edib.

Xəbər lenti

Xəbər lenti