...

Yanvarda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Dekabr 2005 21:05 (UTC +04:00)

ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində iki ölkənin xarici işlər nazirlərinin danışıqları barədə məsələ müzakirə edilib. Trend bildirir ki, ATI telekanalına müsahibəsində AR XİN başçısı Elmar Məmmədyarov bu barədə bəyan edib. Onun sözlərinə görə, Azərbaycan tərəfi nazirlər səviyyəsində görüşün keçirilməsinə öz razılığını verib.

Nazirin sözlərinə görə, həmsədrlərin bu məsələ ilə bağlı olaraq Ermənistan tərəfi ilə də danışıqlar aparması mümkündür.

E.Məmmədyarov XİN başçıları səviyyəsində görüşün gələn ilin yanvarında keçiriləcəyini istisna etməyib.

Xəbər lenti

Xəbər lenti