...

"Qarabağ" ali mükafat sahiblərinə təqdim edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2005 16:49 (UTC +04:00)

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda böyük xidmətləri olan 5 ziyalını, bir mətbuat orqanını və bir qeyri-hökumət təşkilatını "Qarabağ" Ali mükafatı ilə mükafatlandırıb. Trend xəbər verir ki, dekabrın 28-də BAMF mükafatları təqdimetmə mərasimi keçirib.

Tarixçi alim, millət vəkili Yaqub Mahmudov və Bakı Dövlət Universitetinin dosenti Кərim Şükürov "Qarabağ" kitabına, həmin kitabı nəşr edən "Təhsil" nəşriyyatının direktoru Bəhruz Axundov, ombudsman aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli "40 qız dastanı", "Qarabağ müharibəsi. Qadınlar da döyüşür" və "qarabağda savaş var" kitablarına, İnsan Hüquqları İnstitutunun əməkdaşı Araz Qurbanov "Erməni "müdriklərinin" uydurmaları" kittabına görə "Qarabağ" ali mükafata layiq görülüblər.

"525-ci qəzet" Qarabağda gedən hadisələri obyektiv və düzgün işıqlandırdığına, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası isə "Bakı qəhrəman şəhər" layihəsinə görə adıçəkilən mükafatla mükafatlandırılıb.

Xəbər lenti

Xəbər lenti